Sabunçuda qəza, ölən var
22 noyabr 2014 01:10 (UTC +04:00)

Sabunçuda qəza, ölən var

0

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə Bakının  Sabunçu rayonunda qeydə alınıb.

 

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki,1979-cu il təvəllüdlü Quliyev Elşən Rəşid oğlu idarə etdiyi “Mitsubishi” markalı minik  avtomobilində aldığı bədən xəsarətlərindən  hadisə  yerində  keçinib.

 

Xilasedicilər sıxılmış  vəziyyətdə qalmış  cəsədi çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:41-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1079

Oxşar yazılar