APA-nın məlumatına görə, qəza Sabunçu körpüsündə qeydə alınıb.
Nəqliyyatın intensiv olduğu vaxt yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil "VAZ 2107"-ni arxadan vurub. Zərbənin təsirindən "VAZ 2107" hərəkətdə olan sərnişin avtobusuna çırpılıb. Qəzada xəsarətə alan olmasa da, maşınlara ciddi ziyan dəyib.
Hadisə yerinə Dövlət Yol Polisinin Sabunçu Rayon Şöbəsinin əməkdaşları gəliblər. İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya yüksək sürət səbəb olub.
Qəzaya görə körpünü üstündə tıxac yarandığından avtomobillər evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıblar. Faktla bağlı Dövlət Yol Polisinin Sabunçu Rayon Şöbəsində araşdırma aparılır.