Azərbaycanın Sabirabad şəhərində yanğın hadisəsi olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 150 kvadratmetr olan taxta konstruksiyadan ibarət birmərtəbəli, 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 90 kv.m sahədə yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı təzə tikilmiş ev yanğından mühafizə olunub. Yanğın saat 15:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.