Sabiq bank müdiri həbs edildi
24 iyun 2014 16:22 (UTC +04:00)

Sabiq bank müdiri həbs edildi

0

“RoyalBank” ASC-nin Qazax filialının sabiq müdiri Elmir Əsgərov həbs edilib.

Baş prokurorluqdan Lent.az-a verilən xəbərə görə, E.Əsgərova Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “RoyalBank” Açıq Səhmdar Cəmiyyətinin Qazax filialının vəzifəli şəxsləri tərəfindən qanunsuzluqlara yol verilməsi faktı üzrə cinayət işi başlanıb.

 

Aparılmış istintaqla filialın sabiq müdiri E.Əsgərovun qulluq mövqeyindən istifadə edərək cəmiyyətin vəzifəli şəxsləri ilə əlbir olub Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən ASC-nin hesabına köçürülmüş 650 min manat məbləğində vəsaiti kənd təsərrüfatı kreditlərinin verilməsi adı ilə digər şəxslərin adına sənədləşdirib həmin vəsaitin 150 min manatını mənimsəməklə şübhəli bilinir.

 

Hazırda iş üzrə istintaq davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2036

Oxşar yazılar