Sabah Azərbaycanda neçə dərəcə isti olacaq? - <span style="color:red;">PROQNOZ
09 iyun 2018 14:04 (UTC +04:00)

Sabah Azərbaycanda neçə dərəcə isti olacaq? - PROQNOZ

İyunun 10-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu və yağmursuz hava şəraiti gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən hafta.az-a verilən məlumata görə, samal şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə  16-18° isti, gündüz  24-28° isti,Bakıda  gecə  16-18° isti, gündüz  24-26° isti olacağı gözlənilir.

Nisbi rütubət  gecə 70-80%, gündüz 45-50 % olacaq.

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti

Şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 20-21° isti təşkil edəcək.

 

Cənub çimərliklərində - Türkan,  Hövsan, Sahil, Şıxda

şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu  21-22° isti təşkil edəcək.

 

 

Azərbaycanın rayonlarında gəldikdə isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz

 27-32°  isti, dağlarda gecə 6-11° isti,  gündüz  12-17° isti təşkil edəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 323
avatar

Oxşar yazılar