Noyabrın 23-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz saatlarında 4-7 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-7, gündüz 7-10, dağlarda gecə 0-5 şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı proqnozlaşdırılır.