Sabah hava küləkli olacaq
08 iyul 2014 13:06 (UTC +04:00)

Sabah hava küləkli olacaq

0

Bakıda və Abşeron yarımadasında iyulun 8-dən 9-a keçən gecə bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Sabah günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında külək mülayimləşəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 28-33 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1231

Oxşar yazılar