Sabah cəbhədə növbəti monitorinq olacaq
09 iyun 2014 10:25 (UTC +04:00)

Sabah cəbhədə növbəti monitorinq olacaq

0

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 10-da Füzuli rayonu ərazisində monitorinq keçiriləcək. Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, monitorinqin Füzuli-Horadiz yolunun şimal istiqamətindəki təmas xəttində keçirilməsi planlaşdırılır. 
 

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq, ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma qrupunun nümayəndəsi, türkiyəli polkovnik İlhami Dəyirmançıoğlu keçirəcəklər.
 

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Jiri Aberle, ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma qrupunun nümayəndəsi, isveçrəli polkovnik-leytenant Dan Harvey keçirəcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 514

Oxşar yazılar