"Tour d’Azerbaidjan 2015" beynəlxalq veloyürüşü ilə bağlı Azərbaycanda bəzi magistral yollar bağlı olacaq. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaidjan 2015" beynəlxalq veloyürüşünün 4-cü mərhələsinin keçirilməsi ilə əlaqədar mayın 9-u tarixində aşağıdakı yollarda qeyd olunan müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq:
Ağdaş-Zarağan-Qəbələ yolu (hər iki istiqamətdə) saat 09:00-dən 10:50-dək,
Ağdaş-Xaldan-Yevlax yolu (hər iki istiqamətdə) saat 10:40-dan 11:10-dək,
Xaldan-Yevlax-Aran-Mingəçevir yolu (hər iki istiqamətdə) saat 11:00-dan 14:00-dək fasilələrlə.