Sabah 38 dərəcə isti olacaq
10 iyul 2014 12:57 (UTC +04:00)

Sabah 38 dərəcə isti olacaq

0

Bakıda və Abşeron yarımadasında iyulun 11-də hava şəraitinin dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lent.az-ın məlumatına görə, gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-25, gündüz 30-35 dərəcə isti olacaq.

 

İyulun 11-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin səhər bəzi cənub rayonlarında şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-28 dərəcə isti olacaq.

 

Qeyd edə ki, iyulun 12-də Bakıda və Abşeron yarımadasında temperatur ötən günlərlə müqayisədə 4-5 dərəcə yüksələcək. Paytaxtda Bakıda havanın temperaturu 34-39, Aran rayonlarında 33-38, dağlıq rayonlarda 23-28 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 931

Oxşar yazılar