Sabah 37 dərəcə isti olacaq - YENİLƏNİB
02 iyul 2014 14:07 (UTC +04:00)

Sabah 37 dərəcə isti olacaq - YENİLƏNİB

0

İyulun 3-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 29-34 dərəcəyədək isti olacaq.

 

Azərbaycanın rayonlarında isə sabah əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-24, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

 

ANAR

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1208

Oxşar yazılar