Saatlıda avtomobil kanala düşüb, 2 nəfər ölüb
08 avqust 2014 03:28 (UTC +04:00)

Saatlıda avtomobil kanala düşüb, 2 nəfər ölüb

Saatlıda avtomobilin kanala aşması nəticəsində 2 nəfər ölüb.

 

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə,  Saatlıda ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza  zamanı  dünyasını dəyişən və xəsarət alanlar olub. Hadisə ötən gün Saatlı rayonu Novruzlu kəndi ərazisindən keçən yerli əhəmiyyətli yolda baş verib. Beləki Sabirabad  sakini Məlikov Allahyar sükan arxasında olduğu VAZ 2106 markalı avtomobillə  hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə, avtomobil aşaraq yolun kənarındakı su kanalına düşüb.

 

Qəza zamanı sərnişinlərdən Məlikov Heydər Həbib oğlu və Məlikov Ramin Bilal oğlu hadisə yerində dünyasını dəyişib. Sürücü və  digər sərnişin Əbilov Əhməd Hacı oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar  Sabirabad rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

 

 Faktla bağlı Saatlı rayon polis şöbəsində araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 944

Oxşar yazılar