Rüşvət videosundakı polis Lent.az-a danışdı: <span style="color:red;">“Kiminsə güdazına getdim”
08 aprel 2014 14:15 (UTC +04:00)

Rüşvət videosundakı polis Lent.az-a danışdı: “Kiminsə güdazına getdim”

Dünən rüşvət alarkən videosu yayılan yol polisi işdən qovulub. Bu barədə Lent.az-a həmin videoda görüntülənən polis mayoru Elman Əliyevin özü məlumat verib. E.Əliyev bildirib ki, daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə işdən azad edilib: “Bilirsiniz, mən kiminsə güdazına getdim. Həmin video fevral ayının 13-də çəkilib. Çingiz adlı şəxsin polis inspektoru ilə mübahisəsi düşmüşdü, söyüş-filan olmuşdu. Ona görə də bu videonu ortaya atdılar”.

 

Qeyd edək ki, DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Lent.az-a bildirib ki, Göyçay rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsində Nazirliyin aidiyyəti idarələri tərəfindən aparılan xidməti təhqiqat başa çatıb və yekun rəy DİN rəhbərliyinə təqdim edilib. Həmin sənəd əsasında Daxili İşlər naziri Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bölmənin rəisi Elman Əliyev tabelikdəki əməkdaşların qanunçuluğa, DİN-in aidiyyəti normativ-hüquqi aktlarının tələblərinə riayət etmələrinə nəzarət etməli olduğu halda, özü korrupsiya hüquqpozmalarına yol verməklə tapşırılan sahənin işini təmin etmədiyinə və eyni zamanda daxili işlər orqanları əməkdaşı adına və polis nüfuzuna xələl gətirdiyi hərəkətlərə görə daxili işlər orqanlarında xidmətdən xaric edilib.

 

# 9652
avatar

Nizam Rza

Oxşar yazılar

Azərbaycanda  tələbə   vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

4 may 2024 , 19:07
Astarada velosipedçi çaya düşüb öldü

Astarada velosipedçi çaya düşüb öldü

4 may 2024 , 18:51
Polis zabiti məhkəmə zalında həbs olundu

Polis zabiti məhkəmə zalında həbs olundu

4 may 2024 , 17:31
Lənkəranda uşağın əli ətçəkən maşında  qaldı

Lənkəranda uşağın əli ətçəkən maşında qaldı

4 may 2024 , 16:35
Silsilə oğurluqlar edən "Qızlar dəstəsi"  ələ keçirildi

Silsilə oğurluqlar edən "Qızlar dəstəsi" ələ keçirildi

4 may 2024 , 16:10
Bakının 5 rayonunda bıçaq mağazalarında ƏMƏLİYYAT

Bakının 5 rayonunda bıçaq mağazalarında ƏMƏLİYYAT

4 may 2024 , 15:39
Tovuzda zəlzələ oldu

Tovuzda zəlzələ oldu

4 may 2024 , 14:28
13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı

13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı

4 may 2024 , 13:12