Rusiyalı məşhur yazıçı-satirik Mixail Jvanetski Heydər Əliyev Sarayında çıxış edəcək. Sarayın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 1 aprel - Gülüş
günü münasibəti ilə təşkil ediləcək konsertdə satirik yeni və seçilmiş monoloqlarını tamaşaçılara təqdim edəcək.
Digər ölkələrdən edilən çoxsaylı dəvətə baxmayaraq, Jvanetski artıq ikinci ildir ki, 1 aprel - Gülüş gününü Bakıda keçirtməyə qərar verib. İki saat davam edəcək yumor gecəsi üçün satışa çıxarılan biletlərinin qiyməti 10 – 50 manat arasındadır.