"Bakı Metropoliteni"nin stansiyalarında təhlükəsizlik tədbirləri gücləndirilib. Sərnişinlər əvvəlki vaxtlardan fərqli olaraq metroya ciddi yoxlanılaraq buraxılır.
"Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Lent.az-a verdiyi məlumata görə, təkcə stansiyalarda deyil, platforma və metroya aiddiyyatı olan bütün sahələrdə təhlükəsizlik gücləndirilib. Təhlükəsizliyə təkcə polis əməkdaşları tərəfindən deyil, metropolitenin öz əməkdaşları tərəfindən də nəzarət olunur: "Sərnişinlərdən də diqqətli olmaları xahiş olunur. Ölkədə mövcud olan son durumu nəzərə alaraq hər bir vətəndaş diqqətli olmalıdır".