Rusiyanın Volqoqrad şəhərində Volqa çayında barja ilə katamaranın toqquşması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.
APA-nın məlumatına görə, bu barədə TASS agentliyi xəbər verib.
Məlumata əsasən, qəza zamanı katamaranın göyərtəsində 16 nəfər olub. 5 nəfərin xilas edildiyi bildirilir.
Hadisə yerinə xilasedicilər cəlb olunub, qəzanın səbəbləri araşdırılır.
***
Rusiyanın Volqoqrad şəhərində Volqa çayında barja ilə katamaran toqquşub.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 7 nəfər xilas olunub. 9 nəfərin taleyi naməlum olaraq qalır.
Hadisə yerində xilasedici əməliyyat davam edir. Qəzanın səbəbləri araşdırılır.