Rusiyada 32 yaşlı azərbaycanlı öldürülüb
26 yanvar 2016 11:18 (UTC +04:00)

Rusiyada 32 yaşlı azərbaycanlı öldürülüb

 

Bu gecə Sankt-Peterburqda azərbaycanlı bıçaqlanaraq öldürülüb.

 

APA-nın “Lifenews”a istinadən verdiyi məlumata görə, 32 yaşlı azərbaycanlı yan və sağ çiyinin kəsilmiş-deşilmiş yarası, qarının açıq travması və qapalı kəllə-beyin travması ilə xəstəxanaya aparılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

 

Onu bilyard salonundan gətiriblər. Hüquq-mühafizə orqanları hadisənin təfərrüatını aydınlaşdırır. Faktla bağlı cinayət işi başlanıb. İlkin məlumata əsasən azərbaycanlı Sankt-Peterburqda qeydiyyatsız yaşayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 371

Oxşar yazılar