Rusiya və Azərbaycan Xəzərdə birgə təlimlərə başlayır
01 dekabr 2014 13:54 (UTC +04:00)

Rusiya və Azərbaycan Xəzərdə birgə təlimlərə başlayır

0
 2015-ci ildə Xəzər dənizində sahilyanı ölkələrin iştirakı ilə hərbi təlimlər keçiriləcək.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, üçtərəfli təlimlərdə Rusiya, Azərbaycan və Qazaxıstan hərbi-dəniz qüvvələri iştirak edəcək.

 

Ayrıca olaraq Rusiya və Azərbaycan hərbi-dəniz qüvvələrinin ikitərəfli təlimləri də keçiriləcək.

 

Rusiya Cənib-Şərq Dairəsindən bildiriblər ki, Rusiya tərəfindən təlimlərdə “Buyan” və “Buyan-M” kiçik raket gəmiləri iştirak edəcəklər. Bu gəmilərin əsas vəzifəsi ölkənin iqtisadi zonasının mühafizəsidir.

 

Qeyd edək ki, “Buyan” və “Buyan-M” gəmiləri ilk dəfə beynəlxalq təlimlərdə iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 588

Oxşar yazılar