Ronaldonun “Yuventus”a keçidi nə vaxt açıqlanacaq?
08 iyul 2018 16:21 (UTC +04:00)

Ronaldonun “Yuventus”a keçidi nə vaxt açıqlanacaq?

“Real”ın hücumçusu Kriştianu Ronaldonun həftə ərzində “Yuventus”a keçidi gözlənilir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, iyulun 10-da bu transferin açıqlanacağı bildirilib.

 

Belə ki, həmin gün “Real”ın idarə heyətinin iclasında prezident Florentino Peres keçidi bəyan edəcək. 34 yaşlı superulduzun meneceri Xorxe Mendesin bu transferdən 20-25 milyon avro qazanacağı ehtimal olunur.

 

Ronaldonun Turin klubu ilə 4 illik müqavilə bağlaması və ilinə 30 milyon avro qazanması gözlənilir. Bu keçid “kral klubu”nun büdcəsinə 100 milyon avro gəlir gətirəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 320
avatar

ApaSport TV

Oxşar yazılar