Rauf Mirqədirovun həbs müddəti yenidən uzadıldı
06 may 2015 18:46 (UTC +04:00)

Rauf Mirqədirovun həbs müddəti yenidən uzadıldı

 

Həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.


 

Bu barədə APA-ya R. Mirqədirovun vəkili Elmar Süleymanov məlumat verib. Vəkil bildirib ki, Nəsimi Rayon Məhkəməsində keçirilən proses zamanı istintaq orqanın nümayəndəsi  R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 6 ay uzadılmasını istəyib. Lakin məhkəmə həbs qətimkan tədbirinin müddətini 4 ay uzadıb.

 

E. Süleymanov həmin qərardan apellyasiya şikayəti verəcəklərini bildirib.

 

R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. 

 

Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 160
avatar

Oxşar yazılar