Rauf Mirqədirovun apellyasiya şikayəti təmin edilməyib
05 iyun 2014 12:56 (UTC +04:00)

Rauf Mirqədirovun apellyasiya şikayəti təmin edilməyib

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun apellyasiya şikayətinə baxılıb.

 

Bu barədə APA-ya məlumat verən vəkil Elmar Süleymanov deyib ki, məhkəmə apellyasiya şikayətini təmin etməyib: “Bizə niyə təmin olunmaması izah edilmədi. Sadəcə “təmin olunmur” dedilər”.

 

Vəkil bildirib ki, R. Mirqədirovun müdafiə hüququnun məhdudlaşdırılması barədə müstəntiq İbrahim Ləmbəranskinin verdiyi qərarla bağlı apellyasiya şikayətinə isə iyunun 6-da baxılacaq.

 

Qeyd edək ki, istintaqı aparan müstəntiq İbrahim Ləmbəranski tərəfindən Rauf Mirqədirova ailə üzvləri ilə görüşə, telefon əlaqəsi yaradılmasına və istədiyi qəzetləri almasına qadağa qoyulub. Həmin qərardan Səbail Rayon Məhkəməsinə şikayət edilib.

 

Lakin məhkəmə şikayəti  təmin etmədiyi üçün qərardan apellyasiya şikayəti verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 426

Oxşar yazılar