Ramiz Mehdiyev Rusiya Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Rusiya Elmlər Akademiyasının (REA) vitse-prezidenti, akademik Taliya Xabriyeva ilə görüşüb.
AMEA-dan APA-ya bildirilib ki, Ramiz Mehdiyev iki ölkə arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və bu əlaqələrin prezidentlər – Vladimir Putinlə İlham Əliyevin arasında mövcud olan yüksək etimad və şəxsi dostluğa əsaslandığını deyib.
Qeyd edib ki, iki ölkənin elmi strukturları arasında da 2005 və 2019-cu illərdə imzalanan əməkdaşlıq haqqında sazişlərə əsaslanan geniş tərəfdaşlıq münasibətləri yaranıb və uğurla inkişaf edir. Cari ilin mayında iki qurum arasında imzalanan elmi-texniki əməkdaşlıq haqqında sazişin əhəmiyyətindən danışan akademik bildirib ki, sözügedən sənəddə elm və texnologiyaların prioritet istiqamətləri üzrə birgə elmi layihələrin işlənməsi, həyata keçirilməsi, təcrübə və informasiya mübadiləsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmi tədqiqatların koordinasiyası, birgə elmi tədbirlərin keçirilməsi kimi məsələlər öz əksini tapıb və hazırda bu işlər uğurla yerinə yetirilir.
969