Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bakı Şəhər Dövlət Yol Polisinin (DYP) rəhbər heyətində kadr dəyişikliyi edib. Lent.az-ın xəbərinə görə, bu barədə aznews.az məlumat yayıb
Bir müddət əvvəl təqaüdə göndərilən paytaxt DYP-sinin yol-patrul xidməti alayının komandiri, polkovnik Nadir Piriyevin yerinə təyinat həyata keçirilib.
Nazirin əmrinə əsasən, şəhər DYP-si rəisinin ikinci müavini Rəşadət Babayev yol-patrul xidməti alayının komandiri təyin edilib.
R.Usubov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti alayının komandiri, polkovnik N.Piriyevin tutduğu vəzifədən azad edilməsi barədə də əmr imzalayıb.
Mediada onun işində baş verən nöqsanlara görə, azad edildiyinə dair xəbərlər yer alsa da, sonradan N.Piriyevin yaşı ilə bağlı təqaüdə göndərildiyi bəlli olub.