Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini M.Əhmədzadənin 105 manatını quldurluq yolu ilə almaqda şübhəli bilinən Cəlilabad rayon sakini A.Kərimov və Masallı rayon sakini O.Cəfərli saxlanılıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, faktla bağlı araşdırmalara başlanılıb.