Qülləyə çıxıb özünü atmaq istədi
10 iyul 2014 12:42 (UTC +04:00)

Qülləyə çıxıb özünü atmaq istədi

0

Şəmkir rayonunda intihara cəhd olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Kür qəsəbəsində 1 nəfər mobil rabitə qovşağının qülləsinə çıxaraq intihara cəhd edib.

 

Hadisə yerinə gəlmiş xilasedicilər həmin vətəndaşa kənar psixoloji təsirlərin qarşısını almaq məqsədilə əraziyə toplaşmış insanları uzaqlaşdırıb və mobil rabitə qovşağının qülləsinə çıxaraq intihar etmək istəyən şəxslə müvafiq söhbətlər aparıblar.

 

Xilasedicilər tərəfindən intihara cəhd nümayiş etdirən vətəndaşla psixoloji kontakt yaradılıb və gərgin psixoloji vəziyyətdə olan həmin şəxsin intihar cəhdinin qarşısı alınıb.

 

Xilas olunmuş şəxs aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 783

Oxşar yazılar