Azərbaycanlı diplomatın ailəsində faciə baş verib.
Lent.az-ın anspress-ə istinadən xəbərinə görə, Sankt-Peterburqda yaşayan diplomat, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfir müavini Qüdsi Osmanovun qardaşı oğlu bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Diplomatın 13 yaşlı qardaşı oğlu hündürmərtəbəli binanın 12-ci mərtəbəsindən yıxılıb. Hadisə nəticəsində uşaq dünyasını dəyişib. Onu Bakıya gətirərək dəfn ediblər.
Allah rəhmət eləsin!