Bu gün Quba rayonunda körpü uçub.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, kəndlərarası yolu birləşdirən körpü ağır tonnajlı “Shacman” markalı yük avtomobilinin ağırlığına dözməyərək çöküb. Nəticədə yük avtomobili Qudyalçaya düşüb. Sürücü müxtəlif bədən xəsarətləri alıb.
Qeyd edək ki, körpü 2008-ci ildə inşa olunub. Uzunluğu 18 metr, eni isə 4 metrdir. Körpü rayonun Küsnətqazmalar, Qımılqazmalar kəndinlərini Quba-Xınalıq yolu ilə birləşdirir.