Qubada çürümüş meyit tapılıb
28 iyun 2014 11:25 (UTC +04:00)

Qubada çürümüş meyit tapılıb

0

Quba rayonunda çürümüş kişi meyiti tapılıb. APA-nın şimal bürosunun məlumatına görə, rayonun Tülər kəndində çürümə əlamətləri olan kişi meyiti aşkar edilib.

 

Araşdırmalar zamanı həmin şəxsin 1978-ci il təvəllüdlü Elşən Əsədov olduğu müəyyənləşib. Onun spirtli içkilərə meylli olduğu bildirilir.

 

Quba Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, meyitin üzərində zorakılıq əlamətləri yoxdur.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1200

Oxşar yazılar