Qubada 78 yaşlı kişi yanıb
11 oktyabr 2014 10:20 (UTC +04:00)

Qubada 78 yaşlı kişi yanıb

0

Quba rayonunda bədbəxt hadisə baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba şəhərinin Gənclər küçəsi, mənzil 50 ünvanında qeydə alınıb. Ev sahibi 78 yaşlı Əlixanov Eynulla Niyətulla oğlu təbii qazla ehtiyatsız davrandığından yanıq xəsarətləri alıb. Zərərçəkənin qonşularının verdiyi məlumata görə, mətbəxdə qaz sobası açıq qalıb və içəri qaz dolub. E. Əlixanov sobanı yandıran zaman partlayış baş verib. E.Əlixanov  yanıq xəsarətləri alaraq Quba Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Yaralıya üzün, hər iki yuxarı ətrafın II dərəcəli termiki yanığı diaqnozu qoyulub. Tibb müəssisəsindən onun vəziyyətinin orta-ağır olduğu bildirilir. 

 

Faktla bağlı araşdırmalar aparılır.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 688

Oxşar yazılar