Qubada 20 yaşlı kişini maşın vurub
10 iyul 2014 02:41 (UTC +04:00)

Qubada 20 yaşlı kişini maşın vurub

0

 

Qubada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Quba yolunun 150-ci km-də, Qubanın Paşaoba kəndi ərazisində  qeydə alınıb. Belə ki, 28 yaşlı Quba rayon İsnovqışlaq kənd sakini Rəşad Qasımov ”QAZ 2705” markalı avtomobili ilə  yolu keçməkdə olan 20 yaşlı Bərqov kənd sakini Əhmədov Sahil Seyfəddin oğlunu vurub.

 

Nəticədə piyada müxtəlif dərəcəli xəsarətlər alaraq, Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Zərərçəkənə açıq kəllə beyin travması, baş beyinin silkələnməsi diaqnozu qoyulub.

 

Baş vermiş hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 835

Oxşar yazılar