Qubanın icra başçısı danışdı: <span style="color:red;">"Şayiədir" YENİLƏNİB
02 avqust 2014 18:02 (UTC +04:00)

Qubanın icra başçısı danışdı: "Şayiədir" YENİLƏNİB

 

"Mənim oğlum haqqında yazılanlar şayiədən başqa bir şey deyil". Bunu Lent.az-a açıqalamasında Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev bildirib. İcra başçısının sözlərinə görə, bütün bunlar onu nüfuzdan salmaq üçün edilir: "Bu gün Qubada quruculuq-abadlıq işləri gedir. Amma bəzi mətbu orqanlar bunları işıqlandırmaq əvəzinə, bu cür obyektivlikdən uzaq şeylər yazırlar".
 

 

***

17:39

 

““Atlant” istirahət  mərkəzində Quba rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayevin oğlunun kimisə güllə ilə vurması ilə bağlı yayılan xəbərlər yalandır. Hüquq-mühafizə orqanları mətbuatda yayılan bu xəbərlə bağlı sözügedən istirahət mərkəzində araşdırma aparıblar. Müəyyən edilib ki, M.Ağayevin oğlu həmin gecə evdə olub. Eyni zamanda sözügedən istirahət mərkəzinin müşahidə kameralarına baxış keçirilən zamanı hər hansı bir silahlı insidentin baş vermədiyi müəyyən edilib”. Lent.az-ın "MediaPost.az"a istinadən xəbərinə görə, bu barədə Quba Rayon İcra Hakimiyəti başçısının mətbuat katibi Arif Yusifov məlumat verib. Onun sözlərinə görə, bu tipli xəbərlərin yayılmasının məqsədi icra başçısı Mübariz Ağayevin son aylar Qubada gördüyü böyük abadlıq-quruculuq işlərinə kölgə salmaqdır: “Cənab başçı son aylar Qubada çox böyük abadlıq-quruluculuq işləri görüb. Qubalılar da ondan razıdır. Tez-tez əhali ilə səyyar görüşlər keçirilir. O, qubalıların problemlərinə biganə qalmır. Vəzifə səlahiyətində olan hər bir problemi çalışır ki, həll etsin. Bu kimi yalan xəbərlərlər  Mübariz müəllimin gördüyü işləri ləkələmək məqsədi ilə yayılır”.

 

A.Yusifov bildirib ki, M.Ağayevin oğlu həmin gecə “Atlant”da olmayıb: “Bunu müşahidə kameraları da sübut etdi. Həmin gecə heç orda atışma da olmayıb. Bütün bu faktları rayon hüquq-mühafizə orqanları araşdırıb. Kim istəyirsə, bu barədə ətraflı məlumat da ala bilər”.

 

Xatırladaq ki, Quba rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayevin oğlunun ötən gecə saatlarında Nabranda yerləşən “Atlant” istirahət kompleksinə avtomatla daxil olaraq, atəş açdığı barədə xəbər yayılıb. 

***

16:36

 

Ötən gecə Nabranda atışma olub. Lent.az-ın "musavat.com"a istinadən verdiyi məlumata görə, Quba Rayon İcra Hakimiyyəti başçısı Mübariz Ağayevin oğlu “Atlant” istirahət kompleksində atəş açıb. Məlumata görə, məmur oğlu istirahət mərkəzinə qızlarla gedib. Orada hələlik bəlli olmayan səbəblərdən münaqişə yaranıb. Mübariz Ağayevin oğlu havaya atəş açmağa başlayıb.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin "102" xidmətinə də məlumat verilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5408
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21