Qoşunların qarşıdurma xəttində monitorinq insidentsiz keçib
03 avqust 2016 12:46 (UTC +04:00)

Qoşunların qarşıdurma xəttində monitorinq insidentsiz keçib

0

 

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 3-də Azərbaycan Respublikası Ağdam rayonu Orta Qərvənd kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

Monitorinqi Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazidə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik və onun səhra köməkçisi Xristo Xristov, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Şvedberq keçiriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 377

Oxşar yazılar