Qonşuların mübahisəsi qanla bitdi
Ağdamda baş verən bıçaqlanmanın təfərrüatları məlum olub.
Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, zərərçəkmiş Fariz Mustafayev dünən axşam qonşusu Alim Abışov tərəfindən bıçaqlanıb. Hadisənin şəxsi münaqişələr zəminində baş verdiyi deyilir.
Hüquq-mühafizə orqanlarından daxil olan xəbərə əsasən, zərərçəkmiş Fariz Mustafayevin durumu qənaətbəxşdir və o, Ağdam Rayon Mərkəzi Xəstəxanasında Gəncə Şəhər Xəstəxanasına köçürülüb.
Xatırladaq ki, hadisə Ağdam rayonunun Quzanlı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Bərdə rayon sakini 1981-ci il təvəllüdlü Fariz Mustafayev bıçaq xəsarəti ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
680