Qonşusunu maşınla qətlə yetirən şəxsin məhkəməsi başlayır
Bakıda avtomobillə qonşusunu qəsdən vuraraq qətlə yetirməkdə təqsirləndirilən Murad Baxşıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Səbuhi Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin olunacaq.
Qeyd edək ki, hadisə bu il Xəzər rayonu, Buzovna qəsəbəsində qeydə alınıb. 29 yaşlı Murad Baxşıyev mübahisə zamanı idarə etdiyi "VAZ 2107" markalı avtomobillə tanışı və qonşusu 1988-ci il təvəllüdlü Əliyev Rəşad Zakir oğlunu qəsdən vuraraq qətlə yetirib.
Hadisə zamanı ölən şəxsin yanında M.Baxşalıyevin bacısı Vüsalə Baxşalıyeva da olub və o da xəsarət alıb.
M.Baxşıyev saxlanılıb və ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
812