Qonşusu tərəfindən bərk döyüldü
30 avqust 2016 22:39 (UTC +04:00)

Qonşusu tərəfindən bərk döyüldü

0

Şəmkir rayon sakini qonşusu tərəfindən döyülüb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Keçili kənd sakini 1958-ci il təvəllüdlü Əliqazax Süleymanov müxtəlif bədən xəsarətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Sol qabırğaların sınığı diaqnozu qoyulan Ə. Süleymanova dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, 58 yaşlı kişi mübahisə zəminində qonşusu tərəfindən döyülüb.

 

Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 455

Oxşar yazılar