İyulun 10-na keçən gecə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində yaşayan Vasif Babayevin güllə yarası alması barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, istintaq və əməliyyat tədbirləri ilə V.Babayevin evində qohumu Valeh Hüseynovun tüfəngdən açdığı atəşdən xəsarət aldığı müəyyən edilib.
Görülmüş tədbirlərlə V.Hüseynov saxlanılıb. Ondan lüləsi kəsilmiş və nömrəsi silinmiş tüfəng götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.