Qobustan rayonunda vətəndaşa məxsus “Opel” markalı minik avtomobili yanıb.
FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, avtomobilin mühərrikində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.