Qız Qalasında intihar edən şəxs aşpaz olub
26 noyabr 2014 13:10 (UTC +04:00)

Qız Qalasında intihar edən şəxs aşpaz olub

Noyabrın 24-də Bakının Səbail rayonu ərazisində, Qız Qalasından özünü ataraq intihar edən şəxsin kimliyinin məlum olduğunu xəbər vermişdik. Abşeron rayon sakini, 1983-cü il təvəllüdlü Krişayev Yuri Qriqoriyeviçin meyitini anası tanımışdı. Lent.az-ın milli.az-a istinadən verdiyi məlumata görə, intihar edən şəxsin həyatı faciə ilə dolu olub. Aşpaz işləyən Yurinin atası da 20 il əvvəl özünü Qanlı Gölə ataraq öldürüb. Ondan 20 il sonra isə oğul özünü Qız Qalasından ataraq intihar edib. 

Y.Krişayevin iş yerində çəkilmiş bəzi fotolarını təqdim edirik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2116
avatar

Oxşar yazılar