Ötən gün baş vermiş qəzalar zamanı yol təsərrüfatına 24 min manatdan artıq ziyan dəyib.
Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyəti üzrə göndərilib.
Qurum ziyana səbəb olan yol qəzalarının siyahısını da təqdim edib:
1. M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 56-cı kilometriliyində, “Mercedes Benz” markalı, 99-FE-818 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yol-nəqliyyat hadisəsi törədilərək 100 p/m metal təhlükəsizlik səddi və 1 ədəd işıq dirəyi yararsız hala salınıb. Dəyən ziyanın miqdarı 8440 AZN.
2. M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 108-ci kilometriliyində, “Kamaz 53229” markalı, 99-HN-592 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yol-nəqliyyat hadisəsi törədilərək 112 p/m metal təhlükəsizlik yararsız hala salınıb. Dəyən ziyanın miqdarı 7212.80 AZN.
3. M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 76-cı kilometriliyində, “Howo” markalı, 99-ED-343 dövlət qeydiyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi törədilərək 136 p/m metal təhlükəsizlik səddi yararsız hala salınıb. Dəyən ziyanın miqdarı 8758.40 AZN.
4. M-3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci kilometriliyində, “Kamaz” markalı, 10-CP-082 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yol-nəqliyyat hadisəsi törədilərək 30 metr mühafizə çəpəri yararsız hala salınıb.