Bakıda qəzada yaralanan piyada xəstəxanada ölüb. Lent.az-ın məlumatına görə, dekabrın 3-də H. Əliyev küçəsində Bakı şəhər sakini 1960-cı il təvəllüdlü Fazil Rəsulov idarə etdiyi “Lifan” markalı avtomobillə 1966-cı il təvəllüdlü Elşən İsmayılovu vurub.
Xəstəxanaya yerləşdirilən E. İsmayılov dekabrın 4-də orda ölüb. Faktla bağlı Nərimanov RPİ 16-cı PB-də araşdırma aparılır.