Təlimlərə cəlb olunan qərargahlar ərazidə döyüş tapşırıqlarını ətraflı planlaşdırır və dəqiqləşdirir.
Bu barədə Lent.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumatda deyilir ki, qoşunlarımızın fəaliyyəti və düşmən haqqında tam məlumata malik olmaq üçün məlumatların əldə edilməsi kəşfiyyat, müşahidə və digər texniki vasitələr, o cümlədən pilotsuz uçuş aparatlarından (PUA) geniş istifadə edilməklə həyata keçirilir.