Millət vəkili Qənirə Paşayeva Türkiyədə Şuşa ilə bağlı çağırış edib. Lent.az-ın məlumatına görə, Malatya Kitab Fuarına kitablarının tanıtımı və imzalanması üçün qonaq kimi dəvət edilən Qənirə Paşayeva yüzlərlə türkiyəli və xarici yazarın iştirak etdiyi Kitab Fuarı konfrans salonunda Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları, qədim Şuşa, qondarma erməni soyqırımı ilə bağlı geniş konfrans verib.Tədbirdə iştirak edənlər arasında türk dünyasının məşhur yazarı Çingiz Aytımatovun oğlu Əsgər Aytımatov da daxil olmaqla türk dünyasının bir çox ziyalıları da iştirak edib. Yüzlərlə insanın, KİV nümayəndələrinin və xaricilərin iştirak etdiyi konfransda millət vəkili geniş məruzə ilə çıxış edib. O, Şuşanın dünyada yaşayan bütün azərbaycanlıların, türklərin mədəniyyət evi olduğunu bildirdi və tədbir iştirakçılarının əksəriyyətinin Şuşada olmamasına baxmayaraq, Şuşanın hər birimiz üçün doğma şəhər olduğunu qeyd etdi: “Biz inanırıq ki, Şuşanın işğaldan azad olduğu gün çox tezliklə gələcək və biz oranı ziyarət edəcəyik“, –deyib. Çıxış edən millət vəkili Qənirə Paşayeva qeyd etdi ki, Şuşanın qədim tarixi var. Şuşa əsrlər boyu Azərbaycan və türk tarix və mədəniyyətinin beşiyi olub. Mədəniyyətə əvəzsiz töhfələr verən dahi şəxsiyyətlər orada yetişib. “Hər bir Türk insanı Şuşanı tək bu gün deyil, hər gün yad etməli və gələcək nəsillərə çatdırmalıdır. Hər birimiz Şuşanı doğma şəhər kimi sevməliyik, xatırlamalıyıq ki, Şuşamız işğal altındadır. Çox təəssüf ki, işğalçılar tariximizi silmək üçün orada yerləşən mədəniyyət və tarixi abidələri məhv edirlər və dünya buna göz yumur”. Şuşanın 23 ildir Ermənistanın işğalı altında qalmasını sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsi olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva bunları söyləyib: “Şuşada yaşananlara bütün dünyanın gözü bağlıdır. Amma bu belə davam etməyəcək. Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizə vermələrini gözləməməliyik. AŞ, BMT kimi beynəlxalq təşkilatları Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları vardır. Lakin bu qərarların heç biri tətbiq edilmir. Heç kim Ermənistana qarşı siyasi təzyiq göstərmir. O səbəbdən bunu özümüz etməliyik”. Millət vəkili Qənirə Paşayeva çıxışında Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat da verib. O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. “Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi, Şuşa acısı tək Azərbaycanın deyil, bütün Türk dünyasının problemidir” – Qənirə Paşayeva deyib. Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında türk gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü bildirmişdir. Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin bütün Türk dünyasının məsələsi olduğunu bildirib: “Harada doğulmasından vəharada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır.” Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan millət vəkili Qənirə Paşayeva gəncliyi türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir” – ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək deyib: “Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”, – deyib.Millət vəkili Qənirə Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı idddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib. O deyib ki, “qondarma erməni soyqırımı”na qarşı mübarizə harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının vəzifəsidir. Q.Paşayeva Türk gəncliyini Qarabağ həqiqətləri və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyin vacibliyini qeyd edib..“Azərbaycanın güclənməsi Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir”, – deyən millət vəkili Qənirə Paşayeva hər iki dövlətin liderləri tərəfindən qoyulan irsin məhz bundan ibarət olduğunu bildirib. “İnşallah gələn tədbiri birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək”, – millət vəkili qeyd edib. Tədbirdə Azərbaycan Yazarlar Birliyinin üzvü Sərvaz Hüseynoğlu, Sahibkar Qadınlar Dərnəyinin rəhbəri Sürəyya İsmayılova, bu bölgədə təhsil alan tələbələr də iştirak edib və böyük maraq göstəriblər. Tədbirin sonunda GAP Qəzetəciler birliyi millət vəkili Qənirə Paşayevaya Türk dünyası həqiqətlərini bütün dünyada yaydığı üçün təşəkkürünü bildirib və ona mükafat və bölgəni təmsil edən material və hədiyyələr təqdim edib. Tədbir çərçivəsində millət vəkili Qənirə Paşayeva yazar-araşdırmaçı İmdat Avşarla birlikdə hazırladığı Türkiyə Türkcəsində “Karabağ hikayeleri” kitabını, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB hazırladığı “Azərbaycan həqiqətləri” adlı filmlər toplusu və “Ruhum Qarabağlıdır” filmləri, millət vəkili Qənirə Paşayeva və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə heyətinin üzvü Həvva Məmmədovanın həmmüəllifliyi ilə hazırlanmış və Xocalı soyqırımını şahidlərin dili ilə oxucuya çatdıran “Hocalı Soykırımı: tanıkların dili ile” və “Dağıdılmış mədəniyyət beşiyi – Şuşa” filmi ilə yanaşı bələdiyyə başqan və yetkililərininə, gənclərə, tədbir iştirakşılarına Azərbaycan, Qarabağ həqiqətləri ilə bağlı çoxlu material və kitablar təqdim olunmuş və millət vəkili gəncləri maraqlandıram sualları geniş cavablandırmış və fikir mübadiləsi aparılıb.
HADİSƏ
- Ana səhifə
- HADİSƏ
Millət vəkili Şuşa ilə bağlı çağırış etdi
- Küləklə bağlı XƏBƏRDARLIQ
- İşdən çıxarılan sabiq direktor məktəbin sanitar qovşağını sökdürdü - VİDEO
- İllərdir doğru bildiyimiz 7 sağlamlıq mifi: Bəziləri orqanizmə zərər verə bilər
Oxşar yazılar
XƏBƏR LENTİ
12:23Bakıda avtomobilin vurduğu piyada 4 gün sonra öldü
12:05Min illik "İncil"də təhlükəli virus tapıldı
11:48Bakıda maşın qadını vurub öldürdü
11:41Hikmət Hacıyev Gəncəsər və Xudavəng kilsələrindən DANIŞDI
11:29Bu ölkədə bəzi şəxslərə 10 illik yaşayış icazəsi verəcək
11:11Bakıda qadın küçədə öldü
10:54Azərbaycanda NADİR HADİSƏ: uşaq ananın bətnində yox, qaraciyərindədir - VİDEO
10:36İsti çay və qəhvə içənlər DİQQƏT - Bu fincanlar sağlamlığa zərər verə bilər
10:19“Barselona” cəmi bir dəfə meydana çıxan hücumçu ilə müqaviləni uzatdı
10:05Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
10:00Qədim Hollandiyada dörd yaşından kiçik uşaqlar işə götürülürdü
09:41Azərbaycanlı sürücünün maşını dronla vuruldu: yanaraq öldü
09:30Günün hava proqnozu
09:25Bakıda evdən meyit tapıldı
09:09BÜRCLƏRƏ ciddi XƏBƏRDARLIQ: Bu tarixə qədər radikal qərarlar verməkdən çəkinin
09:00Günün ulduz falı
08:30Günün məzənnəsi
07:24İnsan ürəyinin infarktdan sonra özünü bərpa etmək qabiliyyəti araşdırılıb
06:38Britaniyada eşşəkarıları müəmmalı şəkildə yoxa çıxır
05:57Yeni nanolazer kompüterlərin enerji sərfiyyatını azalda bilər
05:26Gecə işığı ürəyə təsir edə bilər
04:56Gisele Bündchen 40 yaşdan sonra ana olmasından danışdı
04:26Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi
03:38Ece Erken Türkiyədən köçür: yeni ölkəsini açıqladı
02:48Braziliyanın sabiq prezidentinin oğlu korrupsiyada şübhəli bilinir
02:13Qırmızı qəsəbə bayram ab-havasına büründü – Roş Ha- Şana necə qeyd olunur?-VİDEO
01:29Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”
00:12“Dərmanı qaynatdılar, mənə vurmağa çalışırdılar” - ZƏRƏRÇƏKƏN DANIŞDI-VİDEO
23:28“Beşiktaş” Nərimanın komandasını DARMADAĞIN ETDİ
22:40Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
22:01Rusiyanın AĞIR QƏZA: 12 nəfər öldü
21:16Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır
20:30Sabahın hava proqnozu
20:15Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?
20:00Süni intellektlə bağlı qorxulu PROQNOZ: onilliyin sonuna qədər bəşəriyyəti məhv edə bilər
19:47On bir oyunçu, on bir ölkə: “Sabah”ın heyəti necə qurulub
19:34Bakıda qadın evində ölü tapıldı
19:21Məşhur aktrisa uzun müddətdir kişilərlə yatmadığını etiraf etdi
19:19Hikmət Hacıyevin jurnalist və bloqerlərlə səmimi söhbəti - VİDEO
19:17“Neftçi” “İmişli”ni məğlub etdi
19:08Balıq bişirəndə edilən əsas SƏHVLƏR
18:56Qapını buraxdı, taxta çıxdı?
18:51İsmail Kartal “Fənərbaxça”dan getdi - Yerinə çox namizəd var - YENİLƏNİB
18:44Çox tezliklə... Xoş xəbər eşidəcək BÜRCLƏR
18:31Yasamalda küçədə meyit tapıldı
18:18Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
18:05Daha bir klinika CƏRİMƏLƏNDİ - Diplomsuzlar işləyirmiş
17:52Bakının mərkəzində küçədə yıxılan kişi öldü
17:38Köhnə telefon və batareyalar radiasiya saçır? - Alimdən MARAQLI AÇIQLAMA
17:34"Müəllimlər qız uşaqlarına deyir ki, tez ərə getməlisən" - DEPUTAT
17:30Prezident Fərid Şəfiyevi sədr təyin etdi
17:23LG televizorları söndürüldükdən sonra da sizi dinləyə bilər – ŞOK ARAŞDIRMA
17:097 dəfə ərə gedən Seda Sayandan evlənənlərə MƏSLƏHƏT: "Məni dinləyəcəksiniz"
17:03Yeni ekspres marşrut xətti fəaliyyətə başladı
17:00Xarici diplomatlar Cıdır düzündə - VİDEO
16:54“Bavariya”da bu rekorda çatdı - "Real"dan sonra
16:52ABB Maliyyə Qrupunun tərkibinə keçdikdən sonra Davr Bankın beynəlxalq reytinqləri yüksəldi
16:46Leysan və dolu XƏBƏRDARLIĞI
16:39Lukaşenkonun oğlu hərbi xidmətə getdi
16:24Siqaret qadınlarda sonsuzluq riskini 40 faiz artırır