Parisdə Ümumdünya Qadın Sammitində iştirak edən millət vəkili Qənirə Paşayeva sammit çərçivəsində Böyük Britaniyanın Məşğulluq naziri Ester Mcvey ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdən məmnunluğunu ifadə edən millət vəkili Q. Paşayeva Azərbaycanın Böyük Britaniya ilə bütün istiqamətlərdə əlaqələrin inkişafına böyük önəm verdiyini deyib. Azərbaycan ilə Böyük Britaniya arasında həm hökumətlərarası, həm də qanunvericilik orqanları arasında əməkdaşlığın inkişaf etdiyini deyən millət vəkili bu əməkdaşlığın hər iki dövlətin təmsil olunduğu beynəlxalq təşkilatlar çərçivəsində də getdikcə gücləndiyini vurğulayıb.
Tədbirin sonunda Azərbaycana xoş münasibət bəslədiyini deyən Böyük Britaniyanın Məşğulluq naziri Ester Mcvey təmsil etdiyi ölkəsi ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdiyi və onun daha da inkişafında maraqlı olduqlarını deyib.