Qənirə Paşayeva AŞPA-nın Komitəsində təkliflərlə çıxış edib
23 sentyabr 2016 13:38 (UTC +04:00)

Qənirə Paşayeva AŞPA-nın Komitəsində təkliflərlə çıxış edib

0

Millət vəkilləri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Sevinc Fətəliyeva Parisdə AŞPA-nın Sosial İşlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsinin toplantısında iştirak ediblər.

Lent.az-ın məlumatına görə, qadın haqları, miqrant işçilərin hüquqlarının müdafiəsi, iqtisadi səbəblərdən dolayı başqa ölkələrə işləməyə getmək məcburiyyətində qalan valideynlərin övladlarının yaşadığı psixoloji travmalar, uşaqların səhiyyə xidmətlərindən daha keyfiyyətli yararlanması mexanizmlərin, işləyən qadınların haqları ilə  və bir sıra digər məsələlərin müzakirə olunduğu toplantıda millət vəkilləri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Sevinc Fətəliyeva bir sıra önəmli təkliflərlə çıxış ediblər. Üzv ölkələrdə bu mövzularda səylərin artmasının vacib olduğunu diqqəti çəkən millət vəkilləri özəlliklə miqrantlara, onların hüquqlarına yanaşmada daha həssas olunmasının vacibliyini vurğulayıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 180

Oxşar yazılar