Qəbiristanlıq oğruları yaxalandı
30 iyun 2018 19:14 (UTC +04:00)

Qəbiristanlıq oğruları yaxalandı

0

Qəbiristanlıqların birindən 10 qəbirin ətrafına çəkilmiş məhəccərin qapılarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Valeh Babayev və Fərid Əliyev saxlanılıb.

Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, iyunun 28-nə keçən gecə Sabunçu qəsəbəsi ərazisindəki qəbiristanlıqların birindən 10 qəbirin ətrafına çəkilmiş məhəccərin qapılarının oğurlanması barədə  Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət daxil olub. 


Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakinləri Valeh Babayev və Fərid Əliyev olduqları müəyyən edilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 518

Oxşar yazılar