
Qəbiristanlıqda qətl törədən şəxsin məhkəməsi başladı
Siyəzəndə həmyerlisini qətlə yetirməkdə təqsirləndirilən 1967-ci il təvəllüdlü Asim Əbdülovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əliövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Mərhumun hüquqi varisi vəsatət verərək işin istintaqa qaytarılmasını və Asim Əbdülova daha ağır maddə ilə ittiham verilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib. Proses iyunun 17-də davam etdiriləcək.
Qeyd edək ki, qətl bu il fevralın 11-də Siyəzəndə baş verib. A.Əbdülov Elşən Qədirlini güllələyərək öldürüb. Qətlin səbəbi öldürülən şəxsin - E.Qədirlinin A.Əbdülovun evinə gələrək, pəncərəni gizlicə döyməsi olub. Bundan qəzəblənən A.Əbdülov E.Qədirlini qəbiristanlığa aparıb və qətlə yetirib.
Oxşar yazılar

Xaçmazda yük maşını hasara çırpıldı, sürücü öldü
15 iyul 2025 , 02:14
Şəmkirdə maşın piyadanı vurub öldürdü
15 iyul 2025 , 00:39
Zaqatalada iki avtomobil toqquşdu
14 iyul 2025 , 22:54
Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ-VİDEO
14 iyul 2025 , 20:49
Bakıda motosikletlə avtoxuliqanlıq: sürücü həbs edildi
14 iyul 2025 , 19:49
Bakıda avtobus kişini vurub ÖLDÜRDÜ
14 iyul 2025 , 19:33
Bakıda sinaqoqa terror hücumu hazırlayarkən tutulan İŞİD-çi məhkəmədə ifadə verdi
14 iyul 2025 , 19:25