Qəbələdən Moskvaya daha bir aviareys
04 iyul 2014 13:13 (UTC +04:00)

Qəbələdən Moskvaya daha bir aviareys

0

Rusiyanın “Metrojet” aviaşirkəti Moskvadan Qəbələyə birbaşa aviareys həyata keçirəcək.


 

APA-Economics”in şirkətə istinadən verdiyi məlumata görə, uçuşlar həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək.

 

İlk uçuş iyulun 12-də Domodedovo hava limanından reallaşdırılacaq. Belə ki, “Airbus A320”  təyyarəsi saat 17:10-da havaya qalxacaq və 20:45-də Qəbələyə enəcək. Reys uçuşları bu qrafiklə oktyabrın 25-ə qədər yerinə yetiriləcək.

 

İyulun 15-dən isə aviareyslər həftənin çərşənbə axşamı və şənbə günləri yerinə yetiriləcək. Moskvadan 16:55-də havaya qalxacaq təyyarənin 20:30-da Qəbələyə enməsi nəzərdə tutulub. Uçuşlar bu cür qrafiklə oktyabrın 23-ə kimi reallaşdırılacaq.

 

Qeyd edək ki, hazırda Moskva-Qəbələ reysini “Ural Hava Yolları” həyata keçirir. Uçuşlar həftənin çərşənbə (09:40), cümə və bazar (11:30) günləri yerinə yetirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 964

Oxşar yazılar