Qazaxda kütləvi dava: [b]2 yaralı[/b]
06 iyul 2018 22:02 (UTC +04:00)

Qazaxda kütləvi dava: [b]2 yaralı[/b]

Qazax rayonunda kütləvi dava baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Aslanbəyli kəndində qeydə alınıb.

 

Bir neçə nəfər arasında baş verən mübahisə davaya çevrilib. Nəticədə Aslanbəyli kənd sakinləri, 33 yaşlı Musa Əbdülrəhmanov və 37 yaşlı Ramin Rzayev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.   Onlardan bir nəfərinin bıçaq yarası, digərinin isə küt alətlə xəsarət aldığı bildirilir.

 

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 354
avatar

Oxşar yazılar