Qazaxda iki mərmi tapıldı
Oktyabrın 17-də Dövlət Sərhəd Xidmətindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonu, Cəfərli kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Lent.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları həmin ərazidə otlaq sahəsinə baxış keçirib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər mühasirəyə alıb. Agentliyin mütəxəssislərinin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd tərkibində partlayıcı maddə olmayan 45 mm-lik top mərmisi (BR-240) aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
771