Qazaxdakı dəhşətli qəzada ölənlərin sayı 4-ə çatıb - <span style="color:red;">YENİLƏNİB
01 mart 2014 12:52 (UTC +04:00)

Qazaxdakı dəhşətli qəzada ölənlərin sayı 4-ə çatıb - YENİLƏNİB

Qazax rayonunda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb.  Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Eşqin Salamzadənin idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili ilə Tahir Həsənovun idarə etdiyi "QAZel" markalı yük maşını toqquşub. Nəticədə "VAZ 2106" markalı avtomobilin sürücüsü 22 yaşlı Eşqin Salamzadə, onun bacısı 24 yaşlı Lamiyə Salamzadə və digər sərnişin, 24 yaşlı Mahmud Musaquliyev hadisə yerində keçiniblər.


"QAZel"in sürücüsü 62 yaşlı Tahir Həsənov Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər. "QAZel"də olan 21 yaşlı Elvin Məmmədov isə aldığı ağır xəsarətlərlə reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyəti ağır qiymətləndirirlər.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

*****

 

10:09

 

Qazaxda dəhşətli qəza: 3 nəfər öldü, 2 nəfər yaralandı

 

Bakı-Qazax yolunda dəhşətli qəza olub. Lent.az-ın Fövqaladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə,  Bakı-Qazax yolunun 472-ci kilometrliyində, Qazax rayonu ərazisində vətəndaşlara məxsus "QAZEL" və "VAZ"  markalı avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "QAZEL" markalı yük avtomobilinin sürücüsü və 1 nəfər sərnişini müxtəlif bədən xəsarətləri alaraq yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi Təcili Tibbi Yardım Stansiyası tərəfindən Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. "VAZ" markalı minik avtomobilindən 3 nəfərin sıxılmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 05:55-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4082
avatar

Oxşar yazılar